22.6 C
Bakı
29 İyun 2026 10:16
DünyaGündəmHadisəMuharibəSiyasət

Yaxın Şərqdə təhlükəli gedişat: Liderlərin məsuliyyətsiz siyasəti bizi yeni bir fəlakətə sürükləyir

Yaxın Şərqdə təhlükəli gedişat: Liderlərin məsuliyyətsiz siyasəti bizi yeni bir fəlakətə sürükləyir

İsrailin bu gün İrana qarşı həyata keçirdiyi hücum, regionda gərginliyin kritik həddə çatdığını göstərir. Təəssüf ki, bu vəziyyət, hər iki tərəfdə qərarverici mövqedə olan liderlərin kompromisə deyil, konfrontasiyaya üstünlük verməsinin nəticəsidir.

 

Baş nazir Netanyahu son illərdə milli təhlükəsizlik məsələlərini absurda daşıyaraq dialoq və diplomatiya imkanlarını arxa plana atıb. Münaqişəni hərbi yolla həll etmək cəhdləri isə bölgədə sabitliyi daha da sarsıdır.

Eyni şəkildə, Ayətullah Xameneyinin sərt ideoloji mövqeyi və regional təsir dairəsini genişləndirməyə yönəlik siyasəti, İran xalqını iqtisadi və siyasi təcridə sürükləyib. Onun rəhbərliyi altında rəsmi Tehran sülh dialoqlarına açıq olmaqdan çox, mübarizə ritorikasına üstünlük verib.

Sülh bu coğrafiyanın lüksü deyil – yaşamaq haqqıdır. Liderlər savaş təbliğatı ilə öz siyasi ömrünü uzatmağı düşünərkən, xalqların ödədiyi bədəl getdikcə artır.

 

Elman Fəttah

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Ərdoğanı təriflədi və onu xoşbəxt edəcəyinə söz verdi: “Böyük bir lider, çox güclü bir şəxsiyyət.”

redaktor

Avropa Yer üzündən silinəcək, Amerika isə… – Belarusdan şok hədə

redaktor

Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin edildi

redaktor