21 C
Bakı
22 İyun 2025 09:10
DünyaSiyasət

Rus qoşunlarını çıxarmayacağıq, niyyətimiz budur ki… – Paşinyan

Ermənistan Rusiya ilə münasibətləri pozmağı qarşısına məqsəd qoymur və bu ölkədə rus qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyil.

Tacxeber.comxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Praqadakı forumda deyib.

“Siz Rusiya qoşunlarının Ermənistanda olmasını qeyd etdiniz. Amma mən qeyd etmək istərdim ki, Ermənistanda Azərbaycanla sərhəddə vəziyyətə nəzarət edən Avropa Monitorinq Missiyası da var. Keçən il biz rus qoşunlarının səviyyəsini azaltdıq, lakin digər tərəfdən, indi bizim vəzifəmiz yoxdur ki, Ermənistanda rus qoşunlarının mövcudluğuna son qoyaq. Bizim başqa vəzifəmiz var: region ölkələri ilə sülhün bərqərar olması” – hökumət başçısı bildirib.

O əlavə edib ki, Ermənistan Avropa İttifaqı ilə çox sıx əməkdaşlıq edir, lakin balanslaşdırılmış xarici siyasət yürütdüyü üçün Rusiya ilə münasibətləri pozmaq məqsədi yoxdur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Təyyarələr gedişatı ciddi dəyişəcək – İqnat

admin

Trampın qələbəsi dollar-avro münasibətlərinə necə təsir göstərəcək? – “Euronews”-un araşdırması

admin

Kəşfiyyat məlumatı sızdı: Türkiyəyə qarşı yeni birlik qurulur – Xain plan

admin