30 C
Bakı
12 Avqust 2025 12:32
CəmiyyətGündəm

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib?

Son günlər sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevin vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alması ilə bağlı məlumatlar yayılıb. İddialara əsasən, Məhəmməd Quliyev 2019-cu ildə leytenant rütbəsi ilə DSX-də xidmətə başlayıb və cəmi altı il ərzində yüksək rütbəyə layiq görülüb.

Tacxeber.comxəbər verir ki, yayılan iddialarla bağlı Dövlət Sərhəd Xidməti Gununsesi.info-nun sorğusuna cavab verib.

Qurumdan bildirilib ki, yayılan məlumatlar reallığı əks etdirmir:

“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd edirik ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev hazırda qurumun sıralarında xidmət etmir”.

Tacxeber.com

Oxşar xəbərlər

Bu yolla əmlak alanların DİQQƏTİNƏ: “Çıxarışsız mənzillər…” – XƏBƏRDARLIQ!

admin

“Ermənilərin təhlükəsiz şəkildə Qarabağa qayıtmasına şərait yaratmağa hazırıq” – Rusiya XİN

redaktor

Fikrət Məmmədov and içdi

redaktor