13 C
Bakı
24 Mart 2026 17:25
Dünya

Keçmiş prezidentə beş gün vaxt verildi

Argentinanın keçmiş prezidenti, əvvəllər korrupsiya cinayətlərində təqsirli bilinən və 6 il həbs cəzasına məhkum edilmiş Kristina Kirşner cəzasını çəkməyə başlamaq üçün beş gün ərzində məhkəməyə gəlməlidir.

Tacxeber.comxəbər verir ki, bu barədə TN məhkəmənin qərarına istinadən məlumat yayıb.

“Kirşnerin məhkəməyə gəlməsi və cəzasını çəkməyə başlaması üçün beş gün vaxtı var”, – bəyanatda deyilir.

Xatırladaq ki, Argentina Ali Məhkəməsi Kirşnerə qarşı hökmü qüvvədə saxlayıb.

2022-ci ildə Kirşner korrupsiyaya görə 6 il həbs cəzasına məhkum edilib. Prokuror Dieqo Luciani bu işi ölkə tarixində “ən böyük korrupsiya manevri” adlandırıb. O, həmçinin bütün müttəhimlərə ömürlük dövlət vəzifələrində işləməyi qadağan edilməsini və 1 milyard dolların müsadirə edilməsini istəyib.

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstan prezidenti xalqa müraciət edəcək

admin

Qaribaşvili istefaya məcbur edilib? – Şaraşenidze

redaktor

Putin ordusunun uğursuzluğuna təəccüblənib – Heyns

redaktor