29 C
Bakı
18 Avqust 2026 20:46
CəmiyyətGündəmTexnologiya

Bizim mobil operatorların “1 manat- 1 gün” prinsipi ilə müştərilərlə davaya başları qarışıb, amma qonşularımız isə ….

5G-yə deyil, yazı müsabiqəsinə fokuslanan tənzimləyici.

Qonşu ölkələrin 5G şəbəkəsi bizimlə sərhəddədir.

Bir müddət olardı qonşu ölkələrin mobil bazardakı inkişafına nəzər salmamışdım. O qədər sürətlə irəliləyirlər ki, tez-tez baxanda da faydalı iş əmsalımız aşağı düşür. Ötən günlər 5G ilə bağlı ölkəmizdə yeni xəbərlər olacağı məlumatını alanda regional mobil bazara bir də göz gəzdirdim. Və çox təəccübləndim, qısa zamanda xeyli irəliləyiblər.

 

Bizim mobil operatorların isə innovasiyalara və texnologiyalara deyil, “1 manat- 1 gün” prinsipi ilə müştərilərlə davaya başları qarışıb.

Baxıram ki, qonşu ölkələrdə əsas biznes və sənaye mərkəzlərində 5G şəbəkələri artıq tamamlanmaq üzrədir, 6G və süni intellekt inteqrasiyasını müzakirə edirlər.

Ölkəmizdə mobil operatorlara tezlik ayırmalı olan, tezliklərin müsabiqəsini keçirməli olan İKTA-nın da başı qarışıb bəsit yazı müsabiqələrinin təşkilinə. Requlyator yazı müsabiqəsi keçirir, qonşu ölkələrin də 5G-si gəlib çatıb bizim sərhədə.

 

Bu sahədə çox ləngidik.

Bəzən bu sahənin inkişafına cavabdehlər bildirir ki, mobil operatorlar bu sahəyə investisiya yatırmaq istəmir, bizdə buna tələbat yoxdur, gərək güclü inkişaf olsun ki, tələbat artsın və bizim müftəxor mobil operatorlar da şəbəkəni qursun.

Belə olan halda sual yaranır ki, bəs qonşularda tələbat necə yaranıb, nə məcbur edib ki hamısı bu sahəyə investisiya yatırıblar ?

Həm də görəsən bizim operatorlara lisenziya verəndə öhdəlik qoyulmayıbmı ki, yeni texnologiyalara, innovasiyalara investisiya yatırılmalıdır.

 

Anlaşılmaz bir vəziyyət yaranıb.

Hər gün tarifləri qaldırıb xımır-xımır həzm edən mobil operatorlar yeni texnologiyalara və innovasiyalara investisiya yatırmağı istəmirlər, tənzimləyici də buna təsir edə bilmir.

 

İndi biz neyləyək ?

Düşünürəm ki, RİNN bu sahədə səylərini çox gücləndirməlidir.

Ümid edirəm regionda 5G sahəsində formalaşan vəziyyətə baxdıqdan sonra hökumətimiz də bu sahədə hansı vəziyyətdə olmağımızın fərqində olacaq.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan -AÇIQLAMA

redaktor

Banklara etibar edilmir: Ruslar hesablarından rekord miqdarda pul axını ilə qarşılaşıblar

redaktor

Ailəsi Ələsgər Məmmədlinin həbsdə qida zəhərlənməsi keçirdiyini bildirir

admin