ABŞ prezidenti Donald Tramp Los-Ancelesdə qeyri-qanuni mühacirlərə dəstək üçün davam edən etiraz aksiyaları ilə bağlı açıqlama verib.
Tacxeber.com xəbər verir ki, Tramp sosial media hesabından etdiyi paylaşımda etirazçıları hədələyib.
Etirazçıları “iğtişaşçılar” kimi xarakterizə edən Tramp onların Milli Qvardiyanın üzünə tüpürməyə meylli olduqlarını iddia edib: “Tüpürsələr, onları güllələyərik. Onlara söz verirəm ki, əvvəllər vurulmadıqları qədər zərbə alacaqlar. Bu cür hörmətsizliyə yol verilməyəcək”.
ABŞ lideri Milli Qvardiyaya qarşı belə bir hərəkətə dözməyəcəklərini bəyan edib.