28 C
Bakı
11 Avqust 2025 22:09
Cəmiyyət

İsa Həbibbəylinin aylıq maaşı təəccübləndirdi

AMEA prezidenti, akademik İsa Həbibbəylinin aylıq maaşı haqda məlumat yayılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı sabiq deputat, alim Etibar Əliyev sosial şəbəkələrdə yazıb. O bildirib ki, İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin 3 çağırış deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8.000 manat) alır:

“Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır, üstəlik, akademik adına görə 2000 manat əlavə pul alır. AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manatdır.

O, həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur”.

E.Əliyev əlavə edib ki, “Karvan” şadlıq sarayı da İsa Həbibbəyliyə məxsusdur və yaxşı gəlir gətirir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Neftdən Tranzitə: İlham Əliyevin 12 saniyəlik iqtisadi vektoru

admin

Taksilərlə bağlı yenilik – 3000 manat dövlət rüsumu

admin

Beyləqanda intim videosu yayılan həkim …..

admin