Cəmiyyət

İsa Həbibbəylinin aylıq maaşı təəccübləndirdi

AMEA prezidenti, akademik İsa Həbibbəylinin aylıq maaşı haqda məlumat yayılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı sabiq deputat, alim Etibar Əliyev sosial şəbəkələrdə yazıb. O bildirib ki, İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin 3 çağırış deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8.000 manat) alır:

“Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır, üstəlik, akademik adına görə 2000 manat əlavə pul alır. AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manatdır.

O, həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur”.

E.Əliyev əlavə edib ki, “Karvan” şadlıq sarayı da İsa Həbibbəyliyə məxsusdur və yaxşı gəlir gətirir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Şərurlu İsfədiyar”ı hansı məmurlar himayə edib? – Gizlinlər

admin

Ermənilərin oğurladığı mahnılar Yutubdan silindi

redaktor

Milyonları öldürən COVID-19 əslində belə yayılıbmış – Həqiqət illər sonra üzə çıxdı

redaktor