DünyaMuharibəTexnologiya

Renaultdan Ukraynaya unikal dəstək…

Ən çevik biznes qurumları dronların zəmanəsinin başladığını duyublar və işlərini bu istiqamətə yönəldirlər. Fransanın avtomobil istehsalçısı Renault şirkəti də zəmanənin nəbzini tuta bilib və elə bu səbəbdən də Ukraynada dron istehsalına başlamağı qərarlaşdırıb.

 

Renault, istehsal xətləri “cəbhədən onlarla və ya yüzlərlə kilometr aralıda” yerləşəcək fransız kiçik və orta ölçülü müdafiə şirkətləri ilə əməkdaşlıq edəcək.

Fransanın müdafiə naziri Sebastien Lekornunun sözlərinə görə, pilotsuz təyyarələr ukraynalılar üçün nəzərdə tutulacaq, lakin onlar “davamlı taktiki və əməliyyat hazırlığını təmin etmək üçün” Fransa ordusuna da veriləcək. Lekornu əlavə edib ki, ukraynalılar da öz növbəsində bu dronların müharibədə istifadəsi ilə bağlı rəy bildirə biləcəklər.

Dadaş Əhmədli

 

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor