Dünya

Mask yenidən Trampı dəstəklədi

Tacxeber.com xəbər verir ki, biznesmen Trampın “X” sosial şəbəkəsində Kaliforniya qubernatoru Qavin Nevsomu Los-Ancelesdəki vəziyyətə görə üzr istəməyə çağıran yazısını yenidən dərc edib .

 

Yazıda Tramp Kaliforniya hakimiyyətinə müraciət edərək onları küçə iğtişaşları ilə mübarizə aparmamaqda günahlandırıb və yerli sakinlərdən üzr istəməsini tələb edib.

Mask paylaşımla bağlı şərh verməyib, lakin əvvəllər o, Trampın başqa bir yazısını da paylaşıb və burada “miqrant işğalı” səbəbindən Los-Ancelesdə asayişi bərpa etmək niyyətində olduğunu bildirib. Buna əlavə, sahibkar iki Amerika bayrağı ilə emoji əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı polkovnik öldürüldü: 2016-dan bəri ilk hadisə – FOTO

redaktor

ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir – Antoniu Quterriş

redaktor

“Pulun varsa min, yoxdursa, suyun süzülə-süzülə uşaqların yanında pərt olub qayıt evinə…”

redaktor