17 C
Bakı
28 Sentyabr 2025 05:29
DünyaMuharibə

Ukrayna Təhlükəsizlik Xidmətinin növbəti “sürprizi”

Ukrayna təhlükəsizlik qüvvələri Rusiya hərbi texnikasınnı daşıyan qatarı vurublar. Ruslar əməliyyat nəticəsində 13 tank və 100-dən artıq döyüş texnikası itirib.

 

Hadisənin baş verməsi bundan əvvəlki “Hörümçək toru” əməliyyatının xatırladır. Belə ki, qəflətən taxıl daşıyan qatarın konteynerindəki qapaqlar (lyuklar) açılıb və oradan dronlar havaya qalxaraq lokomotivi vurublar. Bundan sonra silah daşıyan lokomotiv hərəkətini itirərək dayanıb. Ardınca da dronlar bir-bir qatarda olan texnikaları məhv ediblər.

Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi ehtimal edilir. Indi Rusiyada hər bir qapı, qapaq (lyuk), maşın kapotu və digər açıla bilən mexanizm təhlükə mənbəyi hesab olunur. Bir gün Qızıl Meydandakı kanalizasiya lyuklarından dronlar qalxıb Kremli vursalar, təəccüb etməyin…

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

“Kaş dərdimi biləydin” – Sərdar Ortaç

admin

Yer kürəsinə “QİYAMƏT” XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

redaktor

“Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir” – Zaxarova

redaktor