19 C
Bakı
26 Sentyabr 2025 20:07
Dünya

“Özü kimi populist-fırıldaqçını dəstəkləyir” – Paşinyandan sərt sözlər

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın Bütün Ermənilərin Katolikosu II Qareginlə görüşməsinə reaksiya verib.

Tacxeber.comxəbər verir ki, Paşinyan bu barədə özünün “Telegram” kanalında yazıb.

O, Ter-Petrosyanın II Qareginə hökumətlə gərginlik fonunda dəstəyini belə şərh edib: “Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist-fırıldaqçı və dələduzu dəstəkləməlidir”.

 

Xatırladaq ki, iyunun 7-də Levon Ter-Petrosyan II Qareginlə görüşüb, ona dəstəyini ifadə edib. Həmçinin “Ermənistan hakimiyyətinin 1700 illik kilsəyə qarşı antikonstitusion qəsdlərini” pisləyib.

Bundan əvvəl Paşinyan sosial şəbəkədə Erməni Apostol Kilsəsinin nümayəndələri ilə bağlı təhqiramiz bəyanatlarla çıxış etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Duqin: Trampa qarşı bu addım vətəndaş müharibəsinə səbəb olacaq

redaktor

İranlı gözəllik müsabiqəsində qalib gəldi, almanlar qəzəbləndi

redaktor

“Mənə ən çox əzab verən…” – Saakaşvili

redaktor