Dünya

Türkiyədə qəribə olay: Keçi avtovağzalda kassaya girib pulları apardı.

Türkiyənin Edirne şəhərində Qurban bayramının ilk günü maraqlı hadisə baş verib. Avtovağzalda bilet kassasının üstünə çıxan keçi siyirtmədəki pulları ağzı ilə götürərək uzaqlaşıb.

Tacxeber.com xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata görə, Edirnedə avtovağzal operatoru Mustafa Altunhana məxsus keçi bayram təlaşı zamanı ərazidə sərbəst gəzişməyə başlayıb. Daha sonra açıq siyirtmədəki pulları ağzı ilə götürən keçi hadisə yerindən uzaqlaşıb. Maraqlı anlar ətrafdakılar tərəfindən lentə alınıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor