24 C
Bakı
11 Avqust 2025 22:37
Dünya

“Hazırda diqqətim əsasən Çin və İran məsələlərinə yönəlib, Mask barədə düşünmürəm.” -Tramp

ABŞ prezidenti Donald Tramp İlon Maskla yaşanan gərginlikdən sonra jurnalistlərə açıqlama verib.

Tacxeber.comxəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumata görə, Tramp İlon Maskla apardığı mübahisədən daha vacib məsələlərin olduğunu, ona görə də onun haqqında düşünmədiyini bildirib:

“Düzünü desəm, Çinlə, Rusiya ilə, İranla işləməklə o qədər məşğul olmuşam ki, İlon Mask haqqında düşünmürəm. Ona sadəcə yaxşılıq arzulayıram”.

Tramp həmçinin Maskın narkotik istifadəsi ilə bağlı iddialarını şərh etməyib və onun şirkətləri ilə bağlı hər hansı araşdırmadan xəbəri olmadığını bildirib.

 

Maskın hökumət müqavilələrində hər hansı bir kəsinti olub-olmayacağı sualına Tram, hər şeyin nəzərə alınacağını qeyd edib:

“Hər şeyə baxacağıq. Çoxlu pul, subsidiyalar var. Ona görə də bunun ədalətli olub-olmaması nəzərə alınacaq. Sadəcə onun özü və ölkə üçün ədalətli olub-olmadığına baxacağıq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Telman İsmayılovun öldürtmək istədiyi müğənni DANIŞDI

admin

Obamanın qızı atasının soyadından imtina etdi

redaktor

Makronun həyat yoldaşının gənclik şəkli – Onu ilk dəfə belə görəcəksiniz

redaktor