22.5 C
Bakı
29 İyun 2026 07:05
CəmiyyətDünyaHadisə

Ermənistan iki yeniyetmənin azıb Azərbaycana keçdiyini bildirir

Ermənistanın Sünik vilayətinin iki yeniyetmə sakininin azaraq Azərbaycan ərazisinə keçdiyi bildirilir. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

“Alınan məlumata görə, Ermənistanın Sünik bölgəsinin Tex kəndinin sakinləri Karen Canqiryan və Andrey Qyaqunts 2025-ci il iyunun 6-sı gecə saat 01:20 radələrində Sünik vilayətinin Aravus kəndinin yaxınlığında yolunu azaraq Azərbaycan ərazisinə giriblər”, – məlumatda bildirilir.

 

Tex kənd şurasının üzvü Arqam Ovsepyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, hadisə gecə yarısından sonra oğlanlar atları gətirməyə gedən zaman baş verib. Ovsepyanın sözlərinə görə, onlar azıblar və Azərbaycan ərazisinə keçiblər.

MTX-dan bildirilib ki, hazırda vətəndaşların yerinin müəyyən edilməsi və təhlükəsiz qayıtmaları üçün tədbirlər görülür. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Düşmən”in dilini bilmək lazımdır” – “Nə rus dilini bilirik, nə də özümüzkünü, qalmışıq ortada!”

redaktor

Tramp 60 ölkəyə yeni tariflər tətbiq etmək qərarına gəlib

redaktor

Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi – FOTO

redaktor