Rusiyada siqaret çəkənlər üçün cəriməni 100 dəfə artırmaq istəyiblər. Söhbət yaşayış binasının girişində siqaret çəkməkdən gedir.
Tacxeber.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı senator Oleq Qolov səhiyyə naziri Mixail Muraşkoya məktub göndərib.
Rəsmi məktubdan aydın olur ki, senator cərimənin 500 rubldan 50 min rubla qədər artırılmasını təklif edib.
