13 C
Bakı
24 Mart 2026 17:19
Dünya

Sergey Şoyqu yenidən KXDR lideri Kim Çen Inın qəbuluna gedib

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu prezident Vladimir Putinin adından Pxenyana gəlib və orada KXDR lideri Kim Çen Inla görüşəcək.

Bu, Şoyqunun iki aydan çox müddətdə Pxenyana ikinci səfəridir.

 

Danışıqlar zamanı tərəflər “Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin müəyyən bəndlərinin yerinə yetirilməsi, habelə Kursk vilayətinin azad edilməsinə kömək edən koreyalı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi”ni müzakirə edəcəklər. Bundan əlavə, onlar beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən Ukrayna münaqişəsini müzakirə edəcəkləri gözlənilir.

Sergey Şoyqu qeyd edib ki, Rusiya Federasiyası ilə KXDR arasında qarşılıqlı fəaliyyət təxminən bir il əvvəl Hərtərəfli Tərəfdaşlıq Sazişinin imzalanmasından sonra xeyli güclənib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə ilə İsrail arasında artan gərginlik Azərbaycana diskomfort yaradır.

admin

“Əgər əsəbləşiblərsə, 100 ədəd Quran yandırın” – Müsəlmanları qəzəbləndirən açıqlama

redaktor

Astanada mağazada “Z” əməliyyatı: hamısı satışdan yığışdırıldı

redaktor