17 C
Bakı
31 Mart 2026 17:54
Dünya

Fransada islamofobiya davam edir – Yenə Qurani-Kərim yandırıldı

Lionda naməlum şəxs yerli məsciddən müsəlmanların müqəddəs kitabını oğurlayıb və yandırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Rhone Departamentinin Məscidlər Şurası məlumat yayıb.

 

“İyunun 1-dən 2-nə keçən gecə Ərrahma məscidi İslamofobiyanın hədsiz qorxaq hərəkətinin hədəfi olub. Səhər saat 03:45 radələrində, azan oxunmasına təxminən 20 dəqiqə qalmış namaz zalına üzü açıq bir kişi daxil olub. O, Qurani-Kərimin bir nüsxəsini götürərək yandırıb, sonra isə binanın kənarında qoyub qaçıb, – məlumatda deyilir.

Məscidlər Şurası yerli hakimiyyət orqanlarından hücum edən şəxsin hərəkətlərini kəskin şəkildə pisləməyi xahiş edib. Hadisə ilə bağlı polisə şikayət edilib, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail rəsmisi Xameneyinin paylaşımına sərt cavab verib

redaktor

Nikson: bizsə rus insanına azadlığı öyrədəcəyik.

admin

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI – FOTO

admin