19 C
Bakı
26 Sentyabr 2025 01:03
Dünya

İngiltərədən Abramoviçə qarşı məhkəmə iddiası: Əldə olunan gəlir Ukraynaya verilsin

Rusiya-Ukrayna müharibəsindən sonra rusiyalı iş adamı Roman Abramoviçin 2022-ci ildə “Çelsi”ni satmaq qərarından əldə etdiyi 2,5 milyard funt-sterlinq gəlir satışdan sonra İngiltərədəki bir bankda dondurulub.

Tacxeber.com xəbər verir ki, Böyük Britaniyanın da sanksiyalarına məruz qalan Abramoviç satışdan əldə edilən gəlirə daxil ola bilmir, lakin pulun hələ də qanuni olaraq ona məxsus olduğu məlumdur.

Abramoviçin satışdan əldə olunan gəlirin “Ukraynada müharibənin bütün qurbanlarına” yardım məqsədi ilə xeyriyyə fonduna veriləcəyini açıqlamasına baxmayaraq, Böyük Britaniya hökuməti gəlirin yalnız Ukraynaya humanitar yardıma verilməsini tələb edir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə iki qırılma xəttinin arasında diametri 37, dərinliyi 12 metr olan çuxur yarandı – FOTO

admin

Nepalda etirazçılar Facebooku qadağan edən Baş naziri devirdilər

redaktor

İlon Mask: Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək

redaktor