İdman

Zidan ərəblərin təklifini qəbul etmədi

Zinəddin Zidan “Əl-Hilal”a rəhbərlik etmək istəməyib.

Tacxeber.com“Footmercato”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu fransalı mütəxəssisə maaşı 100 milyon avronu keçən bir illik müqavilə təklif ediblər.

“Real”ın sabiq çalışdırıcısı “Əl-Hilal”a göstərdikləri maraq üçün təşəkkür edib, lakin planında başqa layihələrin olduğunu vurğulayaraq klubun təklifini geri çevirib.

52 yaşlı mütəxəssis son olaraq 2019-2021-ci illərdə “Real”ı (Madrid) çalışdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyaya görə adı milliyə namizədlər sırasından çıxarıldı

admin

“Sabah”a KuPS-dan mesaj – Hələ hər şey bitməyib

admin

Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”

admin