25 C
Bakı
11 Avqust 2025 09:21
Dünya

Hindistan Türkiyə şirkətləri ilə müqavilələri ləğv etdi – Yeni Dehli düşmənçilik yolu tutdu

Hindistanın ən böyük hava yolu şirkəti Air India donanmasında olan Boeing 777 təyyarələrinə texniki xidmət göstərən türk şirkəti Turkish Technic ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

Tacxeber.com xəbər verir ki, məlumatı NDTV-də Air India-nın baş direktoru Kempbell Uilson açıqlayıb.

Vilson “Turkish Technic”lə müqavilənin ləğvini təsdiqləyib: “Bu formada biznesin davam etdirilməsi ilə bağlı narahatlıqlar yaranarsa, biz alternativlər tapacağıq. Biz ictimai rəyə hörmət etmək istəyirik”.

 

Bundan əvvəl Hindistanda Yeni Dehli və Mumbay da daxil olmaqla doqquz böyük hava limanında yerüstü xidmətlər göstərən Türkiyənin Celebi Aviation şirkətinin təhlükəsizlik lisenziyası ləğv edilib. Eyni zamanda Hindistanın “İndiGo” aviadaşıyıcısına üç ay ərzində Türk Hava Yollarından təyyarələrin icarəyə götürülməsini dayandırmaq tapşırılıb.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi bir müddət əvvəl açıqlayıb ki, ölkəsi Pakistana qarşı qondarma iddialarla başladılan “Sindoor” əməliyyatı zamanı Türkiyədən Pakistana diplomatik və hərbi yardım göstərilməsi faktını nəzərə alıb. Hindistan hökumət mənbələri NDTV-yə bildiriblər ki, Türkiyə dost ölkə olaraq qalmasına baxmayaraq, Pakistana davamlı dəstəyi Hindistanın onunla əlaqələrinə, o cümlədən ölkədəki türk şirkətlərinin fəaliyyətinə təsir göstərə bilər.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Özbəkistanda 20-ci QURBAN: Hindistan uşaqları belə ZƏHƏRLƏYİB

admin

Netanyahunun oğlu fərari kimi damğalanır

redaktor

“Qızımın Almaniyada gecə şəhərə çıxmasını istəməzdim” – Kroos

admin