20 C
Bakı
20 Oktyabr 2026 16:27
Dünya

Yaponlar internetdə sürət möcüzəsi yaratdılar

Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun mühəndisləri məlumat ötürülməsi sahəsində heyrətamiz uğura imza atıblar. Onlar saniyədə 402 terabit sürətlə məlumat ötürərək dünya rekordunu yeniləyiblər.

Tacxeber.com xəbər verir ki, bu, əvvəlki göstəricini 25% üstələyir.

Mütəxəssislər bildiriblər ki, bu cür sürət bir saniyədə təxminən 12 500 filmi yükləməyə imkan verir.

 

Belə bir nəticə yeni texnologiyalar və daha əvvəl istifadə olunmamış dalğa uzunluğu diapazonlarının tətbiqi ilə əldə olunub. Rekord hələlik yalnız laboratoriya şəraitində qeydə alınsa da, tədqiqatçılar gələcəkdə bu sürətlərin okeanlararası məlumat ötürməsində də tətbiq olunacağına ümid edirlər.

Qeyd olunur ki, hazırkı dövrün kompüterləri bu qədər yüksək sürətlə işləməyə texniki cəhətdən hazır deyil. Hazırda kommersiya şəbəkələrində internetin maksimal sürəti 10 Gbit/s civarındadır.(Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor