Dünya

Rusiya ordusu Zaporojyeni dronlarla vurdu

Bu gün səhər Rusiya silahlı qüvvələri Ukraynanın Zaporojye vilayətini ən azı yeddi “Şahed dronu ilə hücuma məruz qoyub.

Tacxeber.com xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

“Zaporojyedə kritik infrastruktur obyektinə hücum ediblər. Nəticədə inzibati bina qismən dağılıb və ərazidə yanğın baş verib”, – deyə Fedorov bildirib.

 

Şəxsi evlər və mülki əhali zərər görüb
Onun sözlərinə görə, Rusiya tərəfi həmçinin şəxsi evlərin yerləşdiyi ərazilərə zərbələr endiriblər. Bir ev dağıdılıb və hadisə yerində yanğın baş verib. Nəticədə bir qadın xəsarət alıb.

Fedorov ümumilikdə Poloji rayonu və Zaporojyedə hadisə nəticəsində dörd nəfərin yaralandığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, İrana yüz milyardlar qazandıracaq – Netanyahu

redaktor

Rusiyanı sarsıdan “Hörümçək toru” əməliyyatından Trampın əvvəlcədən xəbəri olub?

redaktor

Pakistanda da güclü zəlzələ oldu.

admin