29 C
Bakı
13 Avqust 2026 11:45
Hadisə

Rusiyada dəhşətli qəza: 3 azərbaycanlı gənc öldü – FOTO – VİDEO

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

Tacxeber.com oxu.az-a istinadən bildirir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. “LADA Priora” və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

 

Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

Qazax rayonunun Daş Salahlı kənd sakinləri – 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.

Qəzada ölən digər azərbaycanlı – Ağstafa rayon sakininin isə şəxsiyyəti dəqiqləşdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Niyə bu qədər adam dənizdə boğulur?

redaktor

Ailəsi: “Ələsgər Məmmədli təcridxanada yenidən ürək tutması keçirib”

admin