20 C
Bakı
23 İyun 2025 08:29
Cəmiyyət

General Rəfail Mehdiyevi psixoloq Arzu Yusifova əvəz etdi – Kəmaləddin Heydərovdan RƏİS TƏYİNATI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.

Tacxeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə Arzu Yusifova gətirilib.

 

Qeyd edək ki, ixtisasca qastroenteroloq-psixoloq həkim olan Arzu Yusifova bir ilə yaxındır, sözügedən xidmətdə həkim kimi fəaliyyət göstərir. O həmçinin bir sıra özəl və dövlət xətəxanalarında çalışıb. Arzu Yusifova fövqəladə hallar naziri ilə ailəvi yaxınlığı ilə tanınır.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, xidmət rəisi əvəzi general-mayor Rəfail Mehdiyev ötən gün vəzifəsindən azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Parlamentinin deputatları siyasi məhbus problemi həll edilməyənə qədər Avropa İttifaqını Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırdı.

admin

Efirdə “siz hamiləsiniz” ŞOUSU

redaktor

Təyyarə qəzasından sonra insanların səyahət planı dəyişib?

redaktor