12 C
Bakı
28 Mart 2026 20:36
CəmiyyətHadisəKriminal

Xəzər Universitetində tələbə tələbəni bıçaqlayıb

Xəzər Universitetində tələbələr arasında dava düşüb. Tələbələrdən biri digərini bıçaqlayıb.

Bakıda Xəzər Universitetində tələbənin bıçaqlanmasının təfərrüatı məlum olub. Hadisə bu gün günün birinci yarısında universitetin həyətində baş verib.

2005-ci il təvəllüdlü Məhəmməd Vəlizadə qrup yoldaşı, 2005-ci il təvəllüdlü Fərid Əliyevlə iki gün əvvəl dərs zamanı mübahisə edib. Dərsdən sonra hər iki tələbə universitetin həyətinə çıxıb və mübahisəni həyətdə davam etdirib. Tələbə yoldaşları onları sakitləşdirsələr də, gənclər telefon vasitəsilə yenidən mübahisə ediblər.

 

Bu gün səhər saatlarında universitetin həyətinə gələn F. Əliyev dərsə girməyib, M.Vəlizadəni gözləyib. M.Vəlizadə universitetin həyətinə daxil olarkən F.Əliyev özü ilə gətirdiyi bıçaqla ona iki zərbə endirib.

Yaralı tələbə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və hazırda əməliyyat olunur.

 

Tacxeber.com

Oxşar xəbərlər

82 yaşlı Xalq artisti idman zalında belə görüntüləndi – Foto

redaktor

Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb – Rayonlar üzrə siyahı

redaktor

“Məhərrəmlikdə sinə döyənlər ziyalı ola bilməz, onlar ən cahil adamlardır!”

redaktor