20 C
Bakı
20 Oktyabr 2026 07:29
CəmiyyətHadisəKriminal

Xəzər Universitetində tələbə tələbəni bıçaqlayıb

Xəzər Universitetində tələbələr arasında dava düşüb. Tələbələrdən biri digərini bıçaqlayıb.

Bakıda Xəzər Universitetində tələbənin bıçaqlanmasının təfərrüatı məlum olub. Hadisə bu gün günün birinci yarısında universitetin həyətində baş verib.

2005-ci il təvəllüdlü Məhəmməd Vəlizadə qrup yoldaşı, 2005-ci il təvəllüdlü Fərid Əliyevlə iki gün əvvəl dərs zamanı mübahisə edib. Dərsdən sonra hər iki tələbə universitetin həyətinə çıxıb və mübahisəni həyətdə davam etdirib. Tələbə yoldaşları onları sakitləşdirsələr də, gənclər telefon vasitəsilə yenidən mübahisə ediblər.

 

Bu gün səhər saatlarında universitetin həyətinə gələn F. Əliyev dərsə girməyib, M.Vəlizadəni gözləyib. M.Vəlizadə universitetin həyətinə daxil olarkən F.Əliyev özü ilə gətirdiyi bıçaqla ona iki zərbə endirib.

Yaralı tələbə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və hazırda əməliyyat olunur.

 

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor