Cəmiyyət

Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi

 

Elm və Təhsil Nazirliyininlisey və gimnaziyalarla bağlı qərarı ləğv edilib.

Tacxeber.com-ın əldə etdiyi məlumata görə, qəbul ötəni ilki kimi həyata keçiriləcək.

Bununla bağlı rəsmi açıqlama veriləcəyi bildirilir.

 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanlarına sayılı günlər qalmış imtahan qaydalarında dəyişiklik edilib. Bir sıra lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcəyi açıqlanıb ki, bu da yüzlərlə valideynin övladları ilə bağlı planlarını alt-üst edib. Onlar etiraz olaraq Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar.

Etirazları nəzərə alan nazirlik qərarını ləğv edib.

Oxşar xəbərlər

Rusiyada vilayət rəhbərliyi məktəblərdə hicabı qadağan edib

redaktor

İtkin düşən 19 yaşlı gənclər tapıldı

redaktor

Hərracda bankların dollar tələbi yenidən 100 mln. dolları üstələyib

admin