Dünya

Putin, Tramp və Zelenski bu ölkədə görüşə bilər

 

Rusiya prezidenti Vladimir Putin Donald Tramp və Vladimir Zelenski ilə Cenevrədə görüşə bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına danışıb.

 

“Beləliklə, Cenevrə hər üç əsas liderin – prezidentlər Putin, Zelenski və Trampın razılığa gəlmək üçün görüşəcəyi növbəti dayanacaq ola bilər”, – Ağ Evin sözçüsü bildirib.

Kelloq əlavə edib ki, Birləşmiş Ştatlar da danışıqlar üçün mümkün alternativ məkan kimi Vatikana üstünlük verir.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor