18 C
Bakı
08 Oktyabr 2026 00:08
Dünya

Tramp: “Mən bilmirəm, Putinə nə olub, şəhərlərə raket atır, insanları öldürür”

ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyasının Ukraynaya qarşı həyata keçirdiyi intensiv raket hücumlarına münasibət bildirib.

Tacxeber.com“Sky News” nəşrinə istinadən xəbər verir ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə bağlı sərt açıqlama verərək onun davranışını anlamadığını qeyd edib.

 

“Putinə nə olduğunu bilmirəm. Mən onu çoxdan tanıyıram. Həmişə aramız yaxşı olub, amma indi şəhərlərə raket atır, insanları öldürür və bu, mənim xoşuma gəlmir. Putinin etdiklərini bəyənmirəm. O, insanları öldürür. Bu adama nəsə olun, onda nəsə dəyişib və bu, məni narahat edir”, deyə o bildirib.

“Sky News” yazır ki, Tramp eyni zamanda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini gündəmdə saxlayır.

 

Xatırladaq ki, son günlərdə Rusiya ordusu Ukraynanın bir neçə iri şəhərinə – o cümlədən Kiyev, Xarkov və Odessa istiqamətlərinə raket və pilotsuz təyyarələrlə ağır hücumlar həyata keçirib. Nəticədə mülki əhali arasında ölən və yaralananların sayı artıb. ABŞ və Qərb ölkələri bu hücumları kəskin şəkildə pisləyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor