24 C
Bakı
22 İyun 2025 09:54
DünyaSiyasət

“Müharibə yeni mərhələyə keçir” – Şahin Cəfərli

Qərb Ukraynaya verilən raketlərin atəş mənzili ilə bağlı məhdudiyyətləri aradan qaldırıb.

 

Bundeskansler Fridrix Merz bildirib ki, Almaniya, Fransa, Britaniya və ABŞ Ukrayna tərəfindən Rusiya ərazisinə zərbə endirilməsi ilə bağlı məsafə məhdudiyyətini ləğv edib. “Hücum edən tərəfə yalnız öz ərazisində cavab verən ölkə özünü lazımınca müdafiə edə bilməz” – deyə Merz söyləyib.

Bu açıqlama Almaniya tərəfindən 500 km atəş mənzili olan “Taurus” raketlərinin, eləcə də Fransa və Britaniya tərəfindən “Storm Shadow” raketlərinin 500+ km-lik modifikasiyasının Ukraynaya verilə biləcəyi barədə qənaət yaradıb.

 

Qərbin mövqeyini sərtləşdirməsinin səbəbi Rusiyanın bütün sülh təşəbbüslərini rədd edərək son günlər sözün əsl mənasında daha da azğınlaşmasıdır. Putin Ukraynanın 3 həmsərhəd vilayətində (Xarkov, Sumı, Çerniqov) “bufer zonası” yaradacaqları barədə açıqlama verib. Lavrov isə özünəməxsus həyasızlıqla bildirib ki, hətta müharibə nə vaxtsa dayansa belə, Kiyev ölkənin qalan hissəsini indiki Ukrayna qanunları ilə idarə edə biləcəyinə ümid etməməlidir. Bu sözlərin mənası budur ki, Rusiyanın məqsədi ümumiyyətlə, Ukrayna milli dövlətçiliyinə son qoymaqdır. (Həqiqət də elə bundan ibarətdir, dəfələrlə bu haqda yazmışıq).

Müharibə yeni mərhələyə keçir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Hava ilə bağlı XƏBƏRDARLIQ: Bu gündən…

redaktor

“Azərbaycanla sülh sazişinin imzalanması üçün əlimdən gələni edəcəyəm” – Paşinyan

redaktor

İran Türkiyəyə qaz nəqlini dayandıracaq

admin