21 C
Bakı
13 Oktyabr 2026 22:37
Dünya

Bayden: “Putin Navalnının ölümünə görə məsuliyyət daşıyır”

“Rusiya Prezidenti Vladimir Putin Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyır”.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden xalqa müraciətində bildirib.

“Rusiya hakimiyyəti bu məsələ ilə özünün uydurduğu nağılı danışacaq. Ancaq unutmayın, Putin Navalnının ölümünə görə məsuliyyət daşıyır”, – deyə Bayden qeyd edib.

 

Bayden onu da əlavə edib ki, indi amerikalı siyasətçilərin mühüm qərar qəbul edib, Rusiya ilə müharibə şəraitində olan Ukraynaya yardımı davam etdirməyin əsl vaxtıdır.

Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Nursultan Nazarbayev: “Biz ərəb deyilik”

redaktor

Qardaşlıq münasibətləri qarşılıqlı hörmət üzərində qurulmalıdır, dövlətlərin daxili işlərinə müdaxilə üzərində deyil

redaktor

Ərdoğanın və Türkiyənin mənəvi haqqı varmı?

redaktor