26 C
Bakı
11 Avqust 2025 03:58
CəmiyyətGündəm

“Axmaq hərəkətlərinə dözə bilmədim” – Görüntüləri yayılan şəhid anası danışdı

Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb.

Tacxeber.com xəbər verir ki, manset.az görüntüdəki Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanova ilə əlaqə saxlayıb.

 

O bildirib ki, videodakı şəxs içkili halda oğlunun xatirə lövhəsi qarşısında xoşagəlməz hərəkətlər etdiyi üçün bu addımı atıb:

” O kişi tanımadığım insandır, axmaq hərəkət etmişdi. İçkili halda oğlumun şəklinin qarşısında elə hərəkətlər etməsi mənə pis təsir etdi, dözə bilmədim. Ona görə elə etdim. Ailəsi və yaxınları gəlib üzrxahlıq elədi. Atası xəstədir, yorğan-döşəkdə yatır, özü də xəstə övlad atasıdır. Ona görə də, böyüklük göstərib onu bağışladım”.

Qeyd edək ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barədə məlumatlıdırlar:

 

“Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək”.

Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenksi: “Mən ölkəmizi sata bilmərəm”

redaktor

Burnunu səhv əməliyyat etdilər – “Andromed” 5883 manat ödəyəcək

redaktor

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarılıb

redaktor