Dünya

İsrail Qəzza zolağının böyük hissəsinə nəzarəti BƏRQƏRAR ETDİ

İsrail ordusu Qəzza zolağının 77%-nə nəzarət edir.

Tacxeber.com TASS-a istinadla xəbər verir ki, bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

“İsrail ordusu Qəzza zolağının ümumi ərazisinin 77%-nə faktiki olaraq nəzarəti bərqərar edib”, – bəyanatda deyilir.

Qeyd olunub ki, İsrail beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozub. Qəzza hökuməti bu anklavda ccinayətlərə görə tam hüquqi məsuliyyəti İsrailin, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın üzərinə qoyub.

Mayın 19-da İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudi dövləti bütün Qəzzaya nəzarət edəcək və HƏMAS-ın “humanitar yardımı talamasına” imkan verməyəcək.

 

Mayın 18-də İsrail Müdafiə Qüvvələri (IDF) “Gideonun döyüş arabaları” əməliyyatı çərçivəsində Qəzza zolağında genişmiqyaslı quru əməliyyatlarına başlayıb. İsrail ordusunun bəyanatında deyilir ki, əməliyyatlar Qəzzada yerləşən terror təşkilatlarına qarşı yönəlib. İsrail ordusunun hərəkətləri HƏMAS-ın ABŞ-ın yanvarın 19-dan qüvvədə olan atəşkəs zamanı girovları azad etmək və onun müddətinin uzadılması planını rədd etməsinə cavab olub.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor