Dünya

Məhkəmədən Trampın Harvard qadağası ilə bağlı qərar

ABŞ məhkəməsi Donald Tramp administrasiyasının Harvard Universitetinin əcnəbi tələbələrin qəbuluna qadağasını müvəqqəti olaraq dayandırıb.

 

Tacxeber.com “CNN”ə istinadən xəbər verir ki, bu qərar hökumətə Harvard Universitetini xarici tələbələri qəbul etmək hüququ verən sertifikasiyadan məhrum etməyə imkan vermir.

 

Qeyd edək ki, Harvard administratorları mayın 22-də məktəbin Daxili Təhlükəsizlik Departamentinin SEVP sistemindən çıxarılması qərarının qanunu pozduğunu iddia ediblər.

 

Universitetin prezidenti Alan Qarber Harvard ictimaiyyətinə universitetin beynəlxalq tələbələri üçün mübarizə aparacağına söz verib.

Tacxeber.com

Oxşar xəbərlər

Alman rəssamı Herbert Smaqonun rəsm əsəri və görun nə yazır.

admin

Məşhur iranlı ruhani həcc ziyarətində həbs olundu — VİDEO

redaktor

Papa Fransiskin dəfn mərasimində 50-yə yaxın dövlət başçısı iştirak edəcək

redaktor