23 C
Bakı
22 Oktyabr 2026 17:26
Cəmiyyət

Sahil Babayev islahatlara BAŞLADI – Bəzi şöbələr LƏĞV EDİLDİ

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

 

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

 

Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.

 

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

 

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor

Yaxşı mübarizə, məyusedici nəticə

admin