29 C
Bakı
11 Avqust 2025 14:39
DünyaSiyasət

Tramp-Putin danışığının nəticəsi – Kamran Cəfərov

Putin bildirib ki, Rusiya Ukrayna ilə atəşkəsin əldə olunması və ümumi nizamlama prinsiplərini əhatə edən memorandum üzərində işləməyə hazırdır.

 

Onun sözlərinə görə, Ukrayna ilə atəşkəs yalnız müvafiq razılaşmalar əldə olunarsa mümkün ola bilər.

 

Putin əlavə edib ki, Moskva və Kiyev bütün tərəfləri qane edəcək kompromislər tapmalıdır:”Ukraynadakı döyüşlər dayandırılmalıdır, lakin sülhə gedən yolları müəyyənləşdirmək vacibdir”.

Bu Trampın gözlədiyi nəticə deyil. Çünki nə atəşkəs, nə də şəxsi görüş barədə konkret razılaşma əldə olunub.

 

Tramp hər nə qədər bu gün mövqelərin yaxınlaşdığını iddia etsə də, vəziyyəti onun üçün əlverişli saymaq çətindir — bu, hər kəsə bəllidir. Avropalılar isə Trampa deyəcəklər: “Biz səni xəbərdar etmişdik, indi sanksiyaları işə salmaq vaxtıdır.”

Top indi Trampın tərəfindədir, əsas odur ki, bu topu öz qapısına vurmasın(həmişəki kimi).

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

88 il əvvəlki qətlin SİRRİ: Azərbaycana beş il rəhbərlik etmiş Kirov niyə öldürülüb? – FOTO

redaktor

Trampın Netanyahunun Suriyadakı hərbi əməliyyatlarına narazılığı

admin

Kərbəlada çoxlu ziyarətçinin olduğu türbə çökdü: Dağıntılar altından meyitlər çıxarılır

admin