29 C
Bakı
11 Avqust 2025 10:16
Dünya

Bu xanım iki ölkəni yenidən qarışdırdı: casusluq edirmiş?

Hindistanlı yutuber Pakistana casusluq etdiyi iddiası ilə saxlanılıb.

 

Tacxeber.com xəbər verir ki, mayın 10-da Pakistan və Hindistan arasında əldə olunan atəşkəs razılaşmasından sonra bu hadisə iki ölkə arasında yeni böhran yaradıb.

 

Məlumata görə, Haryana əyalətindən olan 29 yaşlı səyahət blogeri Jyoti Malhotra son dövlərdə dəfələrlə Pakistana gediş-gəliş edib. Onun son səfəri 2025-ci ilin martında olub. İddia olunur ki, Malhotra bu yaxınlarda Hindistandan deportasiya edilmiş Pakistan Ali Komissiyasının rəsmisi ilə də daimi əlaqədə olub.

 

Yutuberin atası qızının casus olması ilə bağlı ittihamları rədd edərək onun lazımi icazələri aldıqdan sonra Pakistana getdiyini bildirib. Hazırda Malhotranın Pahalqam hücumu ilə əlaqəsi olub-olmadığı araşdırılır.

 

Xatırladaq ki, aprelin 22-də Hindistanın Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib. Buna cavab olaraq Hindistanın mayın 6-da Pakistanın nəzarətində olan Kəşmir bölgəsinə raket zərbələri endirməsindən sonra tərəflər arasında qarşıdurma artıb.

Tacxeber.com

Oxşar xəbərlər

Kadırov Priqojin haqda: Ya prosesləri görmürdü, ya da görmək istəmirdi

redaktor

Su borcunu görən qadın infarkt keçirib öldü – Foto

redaktor

Putin niyə yaraşıqlı və gümrah görünür? – Özü cavablandırdı

redaktor