Dünya

Vatikan Papa XIV Leo ilə Zelenskinin görüşünü elan edib

Roma Papası XIV Leo bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirəcək.

 

Bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

 

“Bu gün Papa Roma pontifikatı çərçivəsində Ukrayna Respublikasının Prezidenti cənab Volodimir Zelenskini qəbul edəcək,” – 18 may tarixli rəsmi qəbul cədvəlində bildirilir.

 

Ukrayna lideri ilə yanaşı, Papa XIV Leo həmin gün Peru Prezidenti Dina Boluarte ilə də görüşəcək. ABŞ-da doğulan pontifik həm Amerika, həm də Peru vətəndaşlığına malikdir.

 

Volodimir Zelenski və Dina Boluarte bu gün Vatikanın yeni Papasının taxta çıxma mərasimində iştirak etmək üçün digər dünya liderləri ilə birlikdə Vatikana gəliblər. Rusiyanın nümayəndə heyətinə isə Vatikandakı səfir İvan Soltanovski rəhbərlik edir.(APA)

Tacxeber.com

Oxşar xəbərlər

Kosmosda yetişdirilən pomidorlar qeybə çəkildi, bir il tapa bilmədilər.

admin

Rza Pəhləvi 8-9 yanvar tarixində insanları hamılıqla İran küçələrinə çıxmağa səslədi

admin

Hətta Avstraliyanın Çindəki səfiri də Pekində keçirilən parada yerinə başqa diplomatı göndərib.

admin