24.2 C
Bakı
28 İyun 2026 19:52
Dünya

Trampın səbri bitir, Putinlə görüşmək istəyi risklidir – KİV

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə görə Rusiya və onun lideri Vladimir Putinə qarşı səbrini itirir.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

 

“Prezident Trampın Ukraynada müharibəyə son qoymaq cəhdi ilə üzbəüz görüş təklif etməsinə baxmayaraq, Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putinə qarşı səbrini itirmək üzrədir”, – qəzet yazıb.

 

Məqalədə qeyd olunub ki, Amerika lideri prezident Putinlə görüşə biləcəyi Türkiyəyə səfərini istisna etməyib , lakin Kreml danışıqlara “aşağı səviyyəli rəsmiləri” göndərib. Müəlliflərin fikrincə, Trampın Rusiya lideri ilə görüşmək istəyi “riskli”dir, çünki respublikaçı guya “ilk administrasiyasından bəri həmişə Putinin tərəfində olub”.

 

Bundan əvvəl dövlət katibi Marko Rubio bildirib ki, Moskva və Kiyev arasında danışıqlarda irəliləyiş olmasa, ABŞ prezident administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləyə bilər. Amerika səlahiyyətliləri yaxın günlərdə tərəflərin deeskalasiya istiqamətində konkret addımlar atacağını gözləyir.

Tacxeber.com

Oxşar xəbərlər

İranın yeni cəbhə planı: Müctəba Xameneinin mesajı nəyi göstərir?

redaktor

İlon Mask Nobel Sülh Mükafatına namizəd oldu

redaktor

Trampın “Hörmüz xəbərdarlığı”

redaktor