13 C
Bakı
24 Mart 2026 18:12
Maraqlı

Yayda rayonlara gedənlərin nəzərinə – Bu rənglərdə geyinməyin: Təhlükə var

Yayda açıq havada vaxt keçirmək xoş olsa da, gənə təhlükəsini gözardı etmək olmaz.

 

Piknik və meşə gəzintiləri zamanı parlaq rəngli paltarlar geyinmək tövsiyə olunmur. Çünki, bu cür rənglər gənələri daha çox cəlb edir.

 

“Skandinaviya Yoluxucu Xəstəliklər Jurnalı”nda dərc olunan araşdırmada bildirilir ki, parlaq rənglər gənələri adi geyimlərdən 20 dəfə artıq cəlb edə bilər. Alimlər bunun səbəbini hələ dəqiq bilmirlər. Ehtimal olunur ki, bu rənglər maralların qarın nahiyəsinin rənginə bənzədiyi üçündür.

 

Mütəxəssislər açıq havaya çıxarkən uzunqollu və açıq rəngli geyimlərə üstünlük verilməsini məsləhət görür. Bu, həm gənələrdən qorunmaq, həm də onların bədənə yapışdığını tez görmək baxımından vacibdir.(Milli.Az)

Tacxeber.com

Oxşar xəbərlər

Gözəlləşmək üçün üzünə nəcis maskası edir – Modelin gözəllik sirri

redaktor

Qartal haqqında 5 maraqlı məlumat

redaktor

“Suriya çökəcək, Putin dünyanın sahibi olacaq?”: Vanqanın qan donduran öncəgörənlikləri…

redaktor