24 C
Bakı
11 Avqust 2025 22:13
DünyaSiyasət

İnanılmaz hadisələr baş verir!

Cəmi iki gündən sonra bizi çox vacib iki seçki — Polşa və Rumıniyada — gözləyir və bu seçkilər ərəfəsində vəziyyət tamamilə dəyişməkdədir.

 

Polşada, Tramp və Putinin (gizli şəkildə) dəstəklədiyi Navrotski əvvəlcədən də əsas favorit hesab olunmurdu. Onun rəqibi, Tşaskovski isə hələ də əsas favorit olaraq qalır. Polymarket platforması Tşaskovskinin qələbə ehtimalını 72% olaraq qiymətləndirir.

Rumıniyada isə vəziyyət tam fərqlidir. Tramp və Putinin dəstəklədiyi Simion birinci turda rəqibindən 20% (!) fərqlə qalib gəldi və polymarket onun ikinci turda qalib gəlmək ehtimalını 90% (!) səviyyəsində qiymətləndirirdi. Üç gün əvvəl bu seçkilərlə bağlı geniş məqalə yazmışdım və həmin vaxt Simionun qələbə ehtimalı 68% idi. Bu gün isə inanılmaz bir dönüş yaşandı — Dan Nikuşorun qələbə ehtimalı artıq 56%-ə yüksəlib və o, yeni favoritə çevrilib.

 

Tramp-Putin tandeminin dəstəklədiyi hər iki namizidə məğlub olsa bu çox ciddi siyasi zərbə olacaq.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Sabiq məmurlarla bağlı ŞOK İDDİA

redaktor

Anna Akopyan bayrağımızı yandıranla bir arada

redaktor

“Müharibəni bitirmək istəyirik”

redaktor