Dünya

Trampın həyat yoldaşının heykəli oğurlandı

Sloveniyada ABŞ-nin birinci xanımı Melaniya Trampın bürünc heykəli oğurlanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

 

Naməlum şəxslər heykəli topuq nahiyəsindən kəsərək aparıblar.

 

Heykəli hazırlayan amerikalı heykəltəraş Bred Dauni hesab edir ki, heykəlin yoxa çıxması Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı ola bilər.

 

Məsələ ilə bağlı polis araşdırmaya başlayıb.

Qeyd edək ki, heykəl Trampın həyat yoldaşının doğulduğu Sevnitsa şəhərində 2020-ci ildə ucaldılıb. O, şəxsi mülkiyyətdə yerləşirdi.(Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor