24.2 C
Bakı
28 İyun 2026 20:30
Dünya

Putinin zarafatı onları qəhqəhəyə boğdu: Dedi ki, ikinci arvadı üçündür…

Rusiya prezidenti Vladimir Putin Moskvaya səfər edən Malayziya baş naziri Ənvər İbrahimlə birlikdə Kreml sarayını gəzərkən aralarında baş verən maraqlı dialoqu bölüşüb.

 

Tacxeber.com xəbər verir ki, Putin bu barədə birgə keçirilən mətbuat konfransı zamanı danışıb.

 

O bildirib ki, söhbət vaxtı Kremldəki zallardan birində yerləşən taxtlar barədə Malayziya baş nazirinə maraqlı sual verib. “Cənab baş nazir, orada üç taxt var. Birincisi Çar üçün, ikincisi həyat yoldaşı üçün, bəs sizcə üçüncü taxt nə üçündür? O demək olar, düşünmədən cavab verib ki, o taxt çarın ikinci arvadı üçündür. Ümid edirəm Ənvər İbrahim bu əhvalatdan qəzəblənməyəcək”.

 

Bu söhbətdən sonra zaldakılar qəhqəhəyə boğulub. Daha sonra Putin söhbətinə davam edib: “Bizim ənənəvi dəyərlərimiz müəyyən mənada üst-üstə düşməyə bilər. Lakin məlumat mübadiləsi hər zaman hər iki tərəf üçün faydalıdır”, – deyə o, zarafatla qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

İran müharibəsi də Ukrayna müharibəsi kimi sistem müharibəsidir

redaktor

Vahid Əhmədovdan FHN-ə sərt ittiham: “Çoxdan sökməli idi”

redaktor

İranda uşaq bağçalarında ingilis dilinin tədrisi qadağan edildi

redaktor