24 C
Bakı
22 İyun 2025 10:14
Dünya

Putinin zarafatı onları qəhqəhəyə boğdu: Dedi ki, ikinci arvadı üçündür…

Rusiya prezidenti Vladimir Putin Moskvaya səfər edən Malayziya baş naziri Ənvər İbrahimlə birlikdə Kreml sarayını gəzərkən aralarında baş verən maraqlı dialoqu bölüşüb.

 

Tacxeber.com xəbər verir ki, Putin bu barədə birgə keçirilən mətbuat konfransı zamanı danışıb.

 

O bildirib ki, söhbət vaxtı Kremldəki zallardan birində yerləşən taxtlar barədə Malayziya baş nazirinə maraqlı sual verib. “Cənab baş nazir, orada üç taxt var. Birincisi Çar üçün, ikincisi həyat yoldaşı üçün, bəs sizcə üçüncü taxt nə üçündür? O demək olar, düşünmədən cavab verib ki, o taxt çarın ikinci arvadı üçündür. Ümid edirəm Ənvər İbrahim bu əhvalatdan qəzəblənməyəcək”.

 

Bu söhbətdən sonra zaldakılar qəhqəhəyə boğulub. Daha sonra Putin söhbətinə davam edib: “Bizim ənənəvi dəyərlərimiz müəyyən mənada üst-üstə düşməyə bilər. Lakin məlumat mübadiləsi hər zaman hər iki tərəf üçün faydalıdır”, – deyə o, zarafatla qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə…” – Zelenski

admin

Rusiya Xəzərdən Ukraynaya raket atdı

redaktor

İki ölkədə təşviş: Əsəd hakimiyyətini itirsə…

admin