27 C
Bakı
10 Avqust 2025 04:52
DünyaGündəmSiyasət

Almaniyanın yeni kansleri Rusiyanın qarşısını alacağına söz verdi.

Merz Ukraynaya dəstək və Rusiyanın qarşısını alacağına söz verdi.

 

Almaniya kansleri Bundestaqda ölkənin yeni hökumətinin kursunu təqdim etdi; 45 dəqiqəlik çıxışının böyük hissəsi xarici siyasətə həsr olunub. Fridrix Merzin sözlərinə görə, qitənin taleyi hazırda Ukraynada həll olunur və Berlin Rusiya işğalına qarşı mübarizə aparan ölkəyə dəstək verməkdə üç prinsipə əməl edəcək.

 

Bu prinsiplərdən birincisi Almaniyanın dəstəyini davam etdirəcəyi, lakin müharibənin “tərəfı olmaq istəmədiyi”dir. Eyni zamanda Almaniya üçüncü tərəf və ya “neytral vasitəçi” olmayacaq”, – Merz əlavə edib. Almaniyanın yeni kansleri ikinci prinsip kimi azad ölkələrin bu məsələdə birgə səylərini göstərib. “Rusiyanın Ukrayna üzərində qələbəsi və ya ölkə ərazisinin bir hissəsinin ilhaqı ilə kifayətlənəcəyinə inanan hər kəs yanılır”, – Merz qeyd edib.

 

O, Moskvanın iştirak edə biləcəyi Avropadakı hücumlar və sui-qəsdlər, kiberhücumlar, təxribat, casusluq və dezinformasiyaları misal çəkib.

 

Almaniya kansleri bildirib ki, bu hərəkətlərə cavab Rusiyanı cilovlamaq və müdafiə qabiliyyətini gücləndirmək siyasətidir. Onun üçüncü prinsipi də bununla bağlıdır: Merz Ukraynanın iradəsinə zidd olaraq Moskvanın tətbiq etdiyi “diqtə altında sülh” əleyhinə çıxış edib. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrail klubunun maraqlı tələbi: Ancaq Bakıda

admin

ABŞ “şirin” quyruğunu qopartdıqdan sonra, deyəsən ” xoruzun” da quyruğu görünməyə başlayıb.

admin

Zelenski Trampa qəzəbləndi: “Biz Putinlə uşaq deyilik”

redaktor