24 C
Bakı
26 Sentyabr 2025 15:30
Dünya

Donald Tramp “Fars körfəzi”ni “Ərəb körfəzi” adlandırmaq istəyib

ABŞ prezidenti Donald Tramp niyyətini açıqladıqdan bir neçə gün sonra Fars körfəzinin adının “Ərəb körfəzi” və ya “Ərəbistan körfəzi” adlandırılması ideyasından imtina edib.

 

Bu barədə CNN danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. Nəşrin mənbələrinin məlumatına görə, buna səbəb İranın bu addıma qarşı çıxması olub.
Bundan əvvəl “Associated Press” xəbər vermişdi ki, Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı Fars körfəzini “Ərəb körfəzi” adlandıracağını elan etməyi planlaşdırır.

Ərəb dövlətləri uzun müddətdir ki Fars körfəzinin Ərəb körfəzi adlandırılmasını tələb edirlər. Pentaqon öz sənədlərində və xəritələrində Körfəzdən “Ərəbistan Körfəzi” kimi də bəhs edir.

 

Trampın özü də 2017-ci ildə bu addan istifadə edib və bundan sonra İranın o zamankı prezidenti Həsən Ruhani ona “coğrafiyanı öyrənməyi” tövsiyə etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan Çin casusu olmaqda şübhəli bilinən göyərçini sərbəst buraxdı

redaktor

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

redaktor

Tahir Kərimli: Ünvanlı sosial yardımı ləğv edib, uşaqpulu vermək lazımdır

redaktor