Dünya

Tarixin ən zəngin boksçusu müflis oldu

Tarixin ən zəngin boksçusu Floyd Meyvezer tamamilə müflis olub. Boksçu ilə bağlı şok xəbəri məşhur amerikalı jurnalist Stiven A. Smit açıqlayıb.

 

O qeyd edib ki, Meyvezer bu yaxınlarda Nyu-Yorkda daşınmaz əmlaka 402 milyon dollar sərmayə qoyub, lakin bu, fırıldaqçılıq sxemi olub.

Meyvezer bütün zamanların ən zəngin boksçusu hesab edilir. Məşhur “Sportico” resursunun son məlumatlarına görə, Floydun sərvəti hazırda 1,15 milyard ABŞ dollarıdır. Eyni zamanda, xatırladırıq ki, Floyd Meyvezerin ümumi qazancı 400 milyon dollar olaraq qiymətləndirilir.

 

Corc Forman ikinci, meksikalı boksçu Saul Alveres isə üçüncü olub. Reytinqdə həmçinin ukraynalı boksçu Aleksandr Usik də var – o, 6-cı yerdədir.

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor