19 C
Bakı
24 İyun 2025 00:49
Cəmiyyət

İmişlidə SSRİ bayrağı qaldıran şəxs danışdı: “Bunun nəyi pisdir ki?”

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

 

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

 

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.

 

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.

 

O bildirib ki, burada heç bir pis şey yoxdur.

 

“Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, –  Saleh Səmədov qeyd edib.

 

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: “İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz”.

Tacxeber.com

Oxşar xəbərlər

Qaz sərfiyyatını azaldan qurğu satılır: Sayğacın işini dayandırmaq mümkündürmü? – VİDEO

redaktor

Ev tikib, kirayədən qurtulmaq istəyən azərbaycanlı aktyor 18 500 AZN-dən oldu

redaktor

Şəki Şəhər İcra Hakimiyyətinə Kağız kəsən rezak, televizor, kalonka alınır – 186 min azn-lik anlaşma.

admin