19 C
Bakı
26 Sentyabr 2025 20:54
Cəmiyyət

İmişlidə SSRİ bayrağı qaldıran şəxs danışdı: “Bunun nəyi pisdir ki?”

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

 

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

 

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.

 

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.

 

O bildirib ki, burada heç bir pis şey yoxdur.

 

“Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, –  Saleh Səmədov qeyd edib.

 

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: “İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz”.

Tacxeber.com

Oxşar xəbərlər

Nə seçicisi onun umrundadır… nə də o, seçicinin umrundadır… – BAŞDAN-BAŞA ŞOU…

redaktor

“İndiki qızlar çox abırsız, həyasız olublar” – Əməkdar artistdən sərt sözlər

admin

Fərid Rəsul Azərbaycandn “Niva” ilə Bakıdan Çinə gedir.

admin